Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün bu gün keçiriləcək final oyununa hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici matçı Rəvan Həmzəzadə idarə edəcək.
Azərbaycan Kuboku
Final
2 iyun
20:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Eyyub İbrahimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Ehtiyat VAR: Rauf Allahverdiyev.
Hakim-inspektor: Asim Xudiyev.
Mərdəkan. “Dalğa Arena”.


