“Recina”nın sabiq baş məşqçisi, italyan mütəxəssis Alessandro Nesta “Montsa”nın baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
48 yaşlı Nesta 2024-cü il iyul ayının 1-dən rəsmən vəzifəsini tutacaq və komandanın sükanı arxasında işə başlayacaq. Müqailə 2025-ci ilin iyun ayının sonuna qədər hesablanıb.
2014-cü ildə futbolçu karyerasına xitam verdiyini bəyan edəndən bəri, Nesta ABŞ-da “Mayami”də 2 illik təcrübədən başlayaraq məşqçi kimi çalışıb. Daha sonra italyan mütəxəssis 2017/2018-ci illər mövsümündə “Peruca”nı çalışdırmaq məqsədilə vətəninə qayıdıb. Ardınca Nesta İtaliya B Seriyasında (2019-2021) “Frozinone”ni çalışdırıb. İtalyan mütəxəssis komandanın sükanı arxasında ikinci mövsümünün bitməsinə iki ay qalmış klubdan istefaya göndərilib.
Məşqçi körpüsündə Nesta 229 oyun keçirib, 89 qələbə, 64 heç-heçə, 76 məğlubiyyət yaşayıb. Nestanın çalışdırdığı komandalar rəqib qapılarına 301 top vurub, öz qapılarından 279 top buraxıblar.
“Montsa”nı geridə qalmış mövsümdə Raffaele Palladino çalışdırırdı. O, 2023/2024 mövsümü bitən kimi bu klubdan ayrılıb və A Seriyasının daha iddialı təmsilçisi olan “Fiorentina”nın baş məşqçisi təyin edilib.


