FIFA prezidenti Canni İnfantino hazırda peşəkar idmançılar arasında geniş yayılmış mərc qoyuluşları fəsadından söhbət açıb.
Arena.az xatırladır ki, daha əvvəl İngiltərə Futbol Assosiasiyasının (The FA), “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketanı mərc qoyuluşları etdiyinə görə cəzalandıra – futboldan ömürlük kənarlaşdıra biləcəyi haqda məlumat yayılmışdı.
“Oyunçular bilirlər ki, açıq-aydın, mərc qoyuluşları etməyə dəyməz. İstənilən idman növündə. Belə bir şey baş verdikdə, aydındır ki, araşdırmalar keçirilir və mərc qoyuluşlarına qarşı çox ciddi, çox güzəştsiz qərarlar verilir. Futbolda isə bu, bütün səviyyələrdə olur, o cümlədən həvəskarlar arasında da. Kimsə idman qaydalarına zidd davranıbsa, cəzaları olacağı göz qabağındadır. İndi hər bir vəziyyət fərdidir. Bu, müvafiq olaraq qiymətləndirilməlidir və sadələşdirilməməlidir”, – “SportTV” internet dərgisi İnfantinodan sitat gətirir.


