AÇ-2024: Fransa yığması ilk oyunda avtoqolla qalib gəldi

Avstriya və Fransa yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

4-cü oyun gününün sonuncu görüşü D qrupu çərçivəsində Fransa və Avstriya yığmaları arasında baş tutub. Qarşılaşma fransızların qələbəsi ilə yekunlaşıb. Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə qeydə alınan avtoqolu Fransa yığmasına qələbə qazandırıb.

Xatırladaq ki, bu qrupun ötən gün baş tutan ilk oyununda Niderland yığması Polşaya 2:1 hesabıyla qalib gəlmişdi.

AÇ-2024
D qrupu
17 iyun

Avstriya – Fransa 0:1
Qol: Maksimilian Vöber, 38-öz qapısına.
Baş hakim: Xesus Xil Mansano (İspaniya).
Düsseldorf (“Merkur Spiel-Arena”).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: