Avropa Liqası: “Zirə”nin ilk rəqibi bəlli oldu

Azərbaycanı 2024/2025 mövsümündə Avropa Liqasında təmsil edəcək “Zirə”nin 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Avropa Liqasında növbəti mövsümünün ilk təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Azərbaycan klubu ilk təsnifat mərhələsində Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Avroliqada 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.

Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-də səfərdə keçirəcək. Bu komandaların cavab görüşü isə iyulun 18-də Bakıda baş tutacaq.

Qeyd edək ki, avrokubokların 2-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq. “Qarabağ”ın UEFA Çempionlar Liqasında, “Sabah”la “Sumqayıt”ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin “Zirə”nin növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi

“Botev” (Bolqarıstan) – “Maribor” (Sloveniya)
“Elfsborq” (İsveç) – “Pafos” (Kipr)
“Paksi” (Macarıstan) – “Korvinul” (Rumıniya)
“Şerif” (Moldova) – “Zirə” (Azərbaycan)
“Llapi” (Kosovo) – “Visla” (Krakov, Polşa)
“Rujomberok” (Slovakiya) – “Tobol” (Qazaxıstan)

Xəbəri sosial şəbəkələrdə paylaş: