Rəşad Sadıqov: “Şerif”in Avropada yetərincə təcrübəsi var”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Arena.az xəbər verir ki, Azərbaycanı qarşıdakı mövsümdə Avropa Liqasında təmsil edəcək “Zirə”ni ilk təsnifat mərhələsində Moldovanın “Şerif” komandası ilə oyunlar gözləyir.

Qəsəbə təmsilçisinin çalışdırıcısı Rəşad Sadıqovun püşklə bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Şerif” Azərbaycan futboluna tanış rəqibdir. Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. Düşünürəm ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah, bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.

Xatırladaq ki, “Zirə” ilə “Şerif” arasındakı ilk oyun iyulun 11-də Moldovada keçiriləcək. Bu komandaların cavab qarşılaşması isə bir həftə sonra – iyulun 18-də Bakıda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: