“Sumqayıt”ın baş məşqçisi Samir Abasov bu gün Türkiyədə Rusiyanın “Orenburq” komandasına qarşı keçirdikləri yoxlama matçını şərh edib.
Arena.az xəbər verir ki, Qızılcahamamda baş tutan sınaq matçı “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matdçan sonra Samir Abasov klubun mətbuat xidmətinə açıqlamasında bunları dilə gətirib:
“Yeni mövsümə hazırlığın ilk mərhələsinə Sumqayıtda start verdik. Orada daha çox fiziki və güc məşqləri üzərində çalışdıq. Artıq 4 gündür Qızılcahamamdayıq. Burada isə daha çox taktiki məşqlər üzərində işləyirik. Hazırlıq prosesində ilk oyunumuz idi. Çalışdıq ki, düşərgədə olan bütün futbolçulara şans verək. Matç ərzində işlədiyimiz taktiki gedişləri bir də sınaqdan keçirdik. Bu cür oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd oyunçularımı iş başında görmək idi, buna da nail olduq. Düşünürəm ki, komandam meydanda onlardan istədiyimi göstərə bildi”.


