Rusiyalı videobloqer Mixail Litvin Braziliya millisinin və “Əl-Hilal”ın ulduzu Neymarın, onun sevgilisi Adel Veygelə girişməsindən danışıb.
Arena.az məlumat verir ki, Litvin bu barədə “Vpiska” “YouTube” kanalına müsahibəsində danışıb:
“Neymar sevgilimə girişirdi, məhz o məqamda ki, mən ona girişməyə başlamışdım. O, görüşmək istəyirdi, onu Parisə dəvət edirdi, deyirdi: “Ölkədə vəziyyətin necə olduğunu bilirəm, əgər mənim köməyimə ehtiyac olarsa…”. Uzun sözün qısası, özünü göstərməyə çalışırdı.
Mən əvvəllər bu mövzunu qaldırmırdım, axı o vaxt o, mənim sevgilim deyildi. Mən bunu telefonda sırf təsadüfən gördüm. O, rəfiqəsi ilə bir tərəfdə oturmuşdu, mən isə gördüm. Və düşündüm: “Oho” (əslində biədəb ifadə işlədib, özünüz təsəvvür edin – redaktorun qeydi). Niyə (yenə biədəb ifadə işlədib, özünüz təsəvvür edin – redaktorun qeydi) mənə yazmayıb? Mən gedərdim”. Amma Adel getmədi”, deyə Mixail Litvin başına gələni danışıb.


