“Turan Tovuz” da Türkiyəyə üz tutdu

Qəbələdə təlim-məşq toplanışında olan “Turan Tovuz” komandası yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi təlim-məşq toplanışının ikinci mərhələsi üçün qardaş Türkiyəyə yollanıb.

Komanda bu gündən iyulun 26-a qədər Ankaranın Qızılcahamam bölgəsində məskunlaşacaq. Kurban Berdıyevin rəhbərlik etdiyi komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər haqda əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Turan Tovuz” Qəbələ toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb. Əvvəlcə İkinci Liqa təmsilçisi “Şəmkir”ə 13:0 hesabıyla qalib gəlmiş tovuzlular, “Kəpəz”lə yoxlama görüşündə 4:0 hesablı darmadağına seviniblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: