Duşan Vlahoviç – A Seriyasının ən ödənişli futbolçusu!

Serbiya yığmasının və “Yuventus”un mərkəz hücumçusu Duşan Vlahoviç İtaliya A Seriyasının ən ödənişli futbolçusuna çevrilib.

Arena.az məlumat verir ki, “Capology” maliyyə portalı futbol üzrə İtaliya A Seriyasının ən ödənişli futbolçularının üçlüyünü açıqlayıb.

A Seriyasının ən ödənişli futbolçusu Serbiya yığmasının və “Yuventus”un mərkəz hücumçusu Duşan Vlahoviçdir. Serb hücumçu ildə 22,2 milyon avro məbləğində qazanc əldə edir.

2-ci pillədə Nigeriya yığmasının və “Napoli”nin mərkəz hücumçusu Viktor Osimhen qərarlaşıb. Nigeriyalı hücumçunun qazancı ildə 12,8 milyon avro məbləğindədir.

İlk üçlüyü isə İtaliya yığmasının və “İnter”in mərkəz yarımmüdafiəçisi Nikolo Barella qapayır. İtalyan yarımmüdafiəçi ildə 12,4 milyon avro məbləğində gəlir götürür.

Xəbəri sosial şəbəkələrdə paylaş: