Paris-2024: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu

Cüdo üzrə Azərbaycan millisinin üzvlərinin Fransada keçirilən Yay Olimpiya Oyunlarındakı (Paris-2024) ilk rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, yığmamızın lideri Hidayət Heydərov Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi ilə üz-üzə gələcək.

Hidayətlə yanaşı sonuncu dünya çempionatının qızıl medalını qazanan Zelim Tçkayev isə Umar Alfa Djalo (Fransa) – Abdelrahman Abdelqani (Misir) cütünün qalibi ilə qarşılaşacaq.

İyulun 27-də start götürəcək cüdo yarışlarında ölkəmizi 7 kişi və 2 qadın tatami ustası təmsil edəcək.

Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Kişilər

27 iyul

60 kq
Balabəy Ağayev – Simon Zulu (Zambiya) – Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi

28 iyul

66 kq
Yaşar Nəcəfov – Straxinya Bunçiç (Serbiya)

29 iyul

73 kq
Hidayət Heydərov – Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütünün qalibi

30 iyul

81 kq
Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa) – Abdelrahman Abdelqani (Misir) cütünün qalibi

31 iyul

90 kq
Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)

1 avqust

100 kq
Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa) – Tomas Briçeno (Çili) cütünün qalibi

2 avqust

+100 kq
Uşanqi Kokauri – Rafael Silva (Braziliya)

Qadınlar

27 iyul

48 kq
Leyla Əliyeva – Xalimajon Kurbanova (Özbəkistan)

28 iyul

52 kq
Gültac Məmmədəliyeva – Anjelika Delqado (ABŞ)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: