“Real” sponsoru, məşhur alman şirkəti BMW “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappeyə avtomobil hədiyyə edib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
BMW i7 M70 xDrive markalı avtomobil elektromobildir. Bu modelin eynisi “Real”ın prezidenti Florentino Peresdə də var.
Amma vurğulanır ki, 25 yaşlı futbolçunun sürücülük vəsiqəsi olmadığı üçün Kilian sərnişin oturacağında əyləşməli olacaq. Yaxud Kilian sürücülük vəsiqəsi üçün məqbul imtahan verməli və sonra öz təzə “oyuncağından” doyunca zövq ala bilər.
Sosial şəbəkələrdə frsansalı ulduz hücumçuya belə bahalı hədiyyə təqdim edilməsi birmənalı qarşılanmayıb. Bütün digər səpgili qarşılığı bir kənara qoysaq, “Real”ın daxilində azarkeşlərin, oyunçular arasında kəskin fərq yaradan bu məqama qarşılığı birmənalı qəbul edilməyib. Məsələn, “qaymaqlılar”ın azarkeşlərinin böyük əksəriyyəti belə hesab edir ki, “Real”ın öz sözünü demiş braziliyalı ulduz hücumçusu Vinisius Junior da eyni münasibətə və hədiyyəyə layiqdir.



