“Tottenhem”in braziliyalı mərkəz hücumçusu Riçarlison Səudiyyə Ərəbistanı klublarının ona olan marağı haqda söhbət açıb.
Arena.az ESPN portalının Braziliya şöbəsinə istinadən, braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Bu, böyük pullardır, amma mənim xəyalım daha da qiymətlidir. Təklif almışam, amma Braziliya millisində və Premyer Liqada oynamaq arzum daha ucadan danışır. Hər şey qərara alınıb”, deyə braziliyalı futbolçu vurğulayıb.
Daha əvvəl mətbuatda, “Əl-Əhli”nin Riçarlisonla maraqlandığı barədə məlumat yayılmışdı.
Riçarlison 2022-ci iyulundan “Tottenhemdə” çıxış edir. Braziliyalı hücumçunun “mahmızlar”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Riçarlison “mahmızlar”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 12 qol vurub, 4 məhsuldar ötürmə verib.
Riçarlison 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 48 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib. Hücumçu “selesao” ilə 2019-cu il Amerika Kubokunun və 2020-ci Olimpiya Oyunlarının qalibi və ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı Riçarlisonun transfer dəyərini 38 milyon avro məbləğində qiymətləndirir.


