Liqa 1: Marsel “Olimpik”i yeni mövsümə darmadağınla başladı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Brest”lə qarşılaşan Marsel “Olimpik”i yeni mövsümə darmadağınla başlayıb. “Reyms”in qonağı olan “Lill” də səfərdən inamlı qələbə ilə qayıdıb.

“Monako” isə evdə “Sent Etyen”i minimal hesabla üstələyib.

Yeni mövsümün ilk turunun qalan oyunları avqustun 18-də keçiriləcək.

Fransa, Liqa 1
1-ci tur

16 avqust

Havr – PSJ 1:4
Qollar: Lyoris, 48 – Li Kanq, 3. Dembele, 85. Barkola, 86. Kolo Muani, 90.

17 avqust

Brest – Olimpik (Marsel) 1:5
Qollar: M.Kamara, 45+5 – Qrinvud, 3; 31-pen. L.Enrike, 26; 48. Vahi, 69-pen.

Reyms – Lill 0:2
Qollar: Diakite, 45+29. David, 90+2.

Monako – Sent Etyen 1:0
Qol: Minamino, 28.

18 avqust

17:00. Oser – Nitsa
19:00. Anje – Lans
19:00. Monpelye – Strasburq
19:00. Tuluza – Nant
22:45. Renn – Olimpik (Lion)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: