Liqa 1: Lion “Olimpik”i mövsümə ağır məğlubiyyətlə başladı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Tuluza” – “Nant” matçında qapılara qol vurulmayıb. “Monpelye” – “Strasburq” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Üç qolun qeydə alındığı “Oser” – “Nitsa” görüşü meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Renn” doğma meydanda Lion “Olimpik”ini 3 cavabsız qolla məğlub edib. “Anje” isə evdə “Lans”a minimal fərqlə uduzub.

Fransa, Liqa 1
1-ci tur

16 avqust

Havr – PSJ 1:4
Qollar: Lyoris, 48 – Li Kanq, 3. Dembele, 85. Barkola, 86. Kolo Muani, 90.

17 avqust

Brest – Olimpik (Marsel) 1:5
Qollar: M.Kamara, 45+5 – Qrinvud, 3; 31-pen. L.Enrike, 26; 48. Vahi, 69-pen.

Reyms – Lill 0:2
Qollar: Diakite, 45+29. David, 90+2.

Monako – Sent Etyen 1:0
Qol: Minamino, 28.

18 avqust

Oser – Nitsa 2:1
Qollar: Raveloson, 44. Kulibali, 90+4 – Ço, 21.

Anje – Lans 0:1
Qol: Said, 28.

Monpelye – Strasburq 1:1
Qollar: Savanye, 67-pen – Diarra, 58.

Tuluza – Nant 0:0

Renn – Olimpik (Lion) 3:0
Qollar: Buriqe, 19. Quiri, 21. Meyster, 90+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: