Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Zirə” bu gün pley-off mərhələsi çərçivəsində Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, tarixində ilk dəfə avrokubokların pley-offuna çıxmış təmsilçimiz bu rəqibi ilə səfərdə üz-üzə gələcək.
Nikosiyadakı “GSP Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə 21:00-da start veriləcək. Qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək. Bu üzdən də “Zirə” səfərdən sərfəli nəticə ilə qayıtmaqla cütün taleyinə cavab görüşündə aydınlıq gətirməyə çalışacaq.
Avropa Konfrans Liqası
Pley-off mərhələsinin ilk oyunu
22 avqust
21:00. Omoniya – Zirə
Baş hakim: Yuri Frişer (Estoniya).
Nikosiya. “GSP Arena”.
Omoniya: 40. Fabiano (k), 2. Alfa Diunku, 5. Senu Kulibali, 30. Nikolas Panayotu, 24. Amin Xammas, 80. Novika Erakoviç, 20. Mateo Mariç, 11. Evandro, 21. Veliko Simiç, 14. Mariuş Stepinski, 7. Villi Semedo.
Ehtiyat oyunçular: 23. Fransis Uzoho (k), 98. Xaralambos Kiriakidis, 4. Filip Helander, 9. Andronikos Kakulli, 10. Ömər Atzili, 17. İoannis Masuras, 22. Adam Lanq, 31. İoannis Kusulos, 33. Mateuş Musialovski, 76. Xaralampos Xaralampus, 85. Angelos Neofitu, 99. Alium Saidu.
Baş məşqçi: Valdas Dambrauskas.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 3. Ange Mutsinzi, 4. Ruan Renato, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 6. Eldar Quliyev, 23. Rafael Utziq, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 18. Junior Martins, 19. Salifu Suma, 28. Abbas İbrahim, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Rəşad Sadıqov.


