Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması son çempion “Qarabağ”la lider “Turan Tovuz” arasında baş tutub.
Beləcə, Tovuz təmsilçisinin təcrübəli baş məşqçisi Kurban Berdıyev Azərbaycanın ən uğurlu mütəxəssisi Qurban Qurbanovla ilk dəfə qarşılaşıb. Hər iki komandanın mövsümə uğurlu başlaması və zirvədə qərarlaşması da oyuna olan marağı artıran məqamlardan idi.
Qarşılaşmanın yekununda sevinən tərəf Tovuz təmsilçisi olub. İlk yarıda hesabı açan “Turan Tovuz” bu üstünlüyünü sonadək qoruyub.
Premyer Liqa
4-cü tur
24 avqust
“Qarabağ” – “Turan Tovuz” 0:1
Qol: Oto Con, 18-pen.
Oto Con matçın 90+4-cü dəqiqəsində penaltidən yararlana bilməyib (kənara).
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azərsun Arena”.
Qarabağ: 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 22. Nahid Əliyev, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Kurban Berdiyev.


