Liqa 1: “Monako” Liondan 3 xalla qayıtdı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə Lion “Olimpik”i ilə qarşılaşan “Monako” turu inamlı qələbə ilə başa vurub. “Sent Etyen” də “Havr”la ev oyunundan xalsız ayrılıb. “Lill” isə doğma meydanda “Anje”ni 2 cavabsız qolla məğlub edib.

2-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
2-ci tur
23 avqust

PSJ – Monpelye 6:0
Qollar: Barkola, 3; 53. M.Asensio, 24. Hakimi, 58. Zair-Emeri, 60. Li Kanq, 82.

24 avqust

Olimpik (Lion) – Monako 0:2
Qollar: Ben Seqir, 65. Kamara, 80.

Lill – Anje 2:0
Qollar: Mönye, 34. Bayo, 90+4.

Sent Etyen – Havr 0:2
Qollar: Ture, 57. Sanqante, 67.

25 avqust

17:00. Lans – Brest
19:00. Nant – Oser
19:00. Nitsa – Tuluza
19:00. Strasburq – Renn
22:45. Olimpik (Marsel) – Reyms

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: