Liqa 1: Marsel “Olimpik”i 2-ci turda büdrədi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Lans” doğma meydanda “Brest”i, “Nant” isə “Oser”i 2 cavabsız qolla üstələyib. Dörd qolun qeydə alındığı “Strasburq” – “Renn” matçında da meydan sahibləri inamlı qələbəyə seviniblər.

“Nitsa” – “Tuluza” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Marsel “Olimpik”i ilə “Reyms”in dörd qolluq qarşılaşması da bərabərliklə yekunlaşıb.

Beləliklə, 2 turdan sonra 6 xala malik son çempion PSJ liderdir. “Lill”, “Monako” və “Lans” da itkisiz irəliləyirlər. Marsel “Olimpik”i, “Strasburq” və “Nant” isə 2 tura 4 xal toplayıblar.

Fransa, Liqa 1
2-ci tur
23 avqust

PSJ – Monpelye 6:0
Qollar: Barkola, 3; 53. M.Asensio, 24. Hakimi, 58. Zair-Emeri, 60. Li Kanq, 82.

24 avqust

Olimpik (Lion) – Monako 0:2
Qollar: Ben Seqir, 65. Kamara, 80.

Lill – Anje 2:0
Qollar: Mönye, 34. Bayo, 90+4.

Sent Etyen – Havr 0:2
Qollar: Ture, 57. Sanqante, 67.

25 avqust

Lans – Brest 2:0
Qollar: Çaves, 19. Le Kardinal, 45-öz qapısına.

Nant – Oser 2:0
Qollar: Simon, 14. Girassi, 90+5.

Nitsa – Tuluza 1:1
Qollar: Klauss, 53 – Babiçka, 73.

Strasburq – Renn 3:1
Qollar: Andrey Santos, 23. Emeqa, 48. Vu, 87-öz qapısına – Blas, 57.

Olimpik (Marsel) – Reyms 2:2
Qollar: Harit, 25. Qrinvud, 71 – Akieme, 51. Fofana, 55.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: