Avqustun 28-dən 31-nə qədər Perunun paytaxtı Lima şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək.
Arena.az xəbər verir ki, 49 ölkədən 405 idmançının qatılacağı turnirdə Azərbaycan da təmsil olunacaq.
Azərbaycan millisi bu yarışa oğlanlar arasında 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə yollanacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İsgəndərov rəhbərlik edəcəklər.
Yarışa qatılacaq heyətdə bu cüdoçulara yer verilib:
-50 kq
Bahadır Feyzullayev
Məhəmmədəli Hüsiyev
-55 kq
Nihad Məmişov
-73 kq
Cəsur İbadlı
-81 kq
Əli Qazıməmmədov
Mehdi Abbasov
+90 kq
Sübhan Axundov


