İngiltərə Premyer Liqasının adı açıqlanmayan ulduzu arvadına məşuqəsi ilə xəyanətinə görə həyat yoldaşı tərəfindən evdən qovulub.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə qadın ərini başqa qadınla yataqda ifşa edib.
Qadın, ərinin “mən sənin ərinlə yatmışam” başlığı ilə şərh edilmiş şəklini sosial şəbəkələr üzərindən alıb. Futbolçu bu şəklin saxta olduğunu həyat yoldaşına inandırıb. Zavallı qadın əvvəlcə buna inanıb, ailəsini qorumağa çalışıb. Amma azyaşlı uşaqları ilə tətildən qayıtdıqdan sonra qadın “Ring” ailə videomüşahidə proqramını yoxlayıb və ərinin məşuqəsi ilə evə qayıtmasının görüntülərini aşkar edib. Sarsılmış qadın məhz bundan sonra ərini evdən çölə atıb.
Futbolçunun şəxsiyyəti ilə bağlı açıqlanmış yeganə məqam, onun bu yay Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatında yığma komandasının üzvü olmasıdır. Üstəlik, bəzi komanda yoldaşlarının hətta evliliyinin necə pozulduğu haqda onunla zarafat etməsi də vurğulanır.


