Liqa 1: PSJ-dən startda ardıcıl 3-cü qələbə

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 3-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Monako” “Lans”la ev oyununda xal itkisi ilə üzləşib. “Havr” “Oser”i, “Reyms” isə “Renn”i məğlub yola salıb. Səfərdə “Anje” ilə qarşılaşan “Nitsa” darmadağına sevinib. Son çempion PSJ də “Lill” ilə səfər oyunundan qalib ayrılıb.

Beləliklə, 3 turdan sonra maksimum nəticə ilə irəliləyən yeganə komanda – PSJ 9 xalla vahid liderdir. Marsel “Olimpik”i, “Nant”, “lans” və “Monako” 7 xal toplayıblar. “Lill” və “Havr”ın isə 6 xalı var.

Fransa, Liqa 1
3-cü tur
30 avqust

Olimpik (Lion) – Strasburq 4:3
Qollar: Tolisso, 45+2. Meytlend-Naylz, 61. Orban, 63; 72 – Nanasi, 3. A.Santos, 48. Emeqa, 58.

31 avqust

Brest – Sent Etyen 4:0
Qollar: M.Kamara, 10. Del Kastilyo, 32-pen. Ayork, 77. Lala, 84-pen.

Monpelye – Nant 1:3
Qollar: Adams, 30 – Ablin, 24. Simon, 45+6-pen. M.Məhəmməd, 85.

Tuluza – Olimpik (Marsel) 1:3
Qollar: Babiçka, 90 – Qrinvud, 16; 17. Kressuell, 52-öz qapısına.

1 sentyabr

Monako – Lans 1:1
Qollar: Zakaria, 84 – Frankovski, 90+3-pen.

Anje – Nitsa 1:4
Qollar: Abdelli, 67-pen – Ndayişimiye, 6. Budaui, 25. Gessan, 72; 85.

Havr – Oser 3:1
Qollar: Ovusu, 23-öz qapısına. Ndiaye, 52. Ture, 90+7-pen – Perrin, 17.

Reyms – Renn 2:1
Qollar: İto, 41. Diakite, 48 – Estiqor, 13.

Lill – PSJ 1:3
Qollar: Jeqrova, 78 – Vitinya, 33. Barkola, 36. Kolo Muani, 90+2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: