Liqa 1: PSJ və “Monako” 3 xalı 3 qolla qazandılar

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Marsel “Olimpik”i doğma meydanda “Nitsa”nı 2 cavabsız qolla üstələyib.

PSJ də “Brest”lə ev oyununda 3:1 hesabıyla qalib gəlib.

“Oser”in qonağı olan “Monako” da darmdağına sevinib.

4-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
4-cü tur
13 sentyabr

Sent Etyen – Lill 1:0
Qol: Kafaro, 6.

14 sentyabr

Olimpik (Marsel) – Nitsa 2:0
Qollar: Maupay, 40. L.Enrike, 53.

Oser – Monako 0:3
Qollar: Kehrer, 8. Vanderson, 25. Zakariya, 89.

PSJ – Brest 3:1
Qollar: Dembele, 42; 74. F.Ruis, 73 – Del Kastilyo, 29.

15 sentyabr

17:00. Renn – Monpelye
19:00. Nant – Reyms
19:00. Strasburq – Anje
19:00. Tuluza – Havr
22:45. Lans – Olimpik (Lion)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: