18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-18) bu ay Qəbələ şəhərində təlim-məşq toplanışında olacaq.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Hazırlıq prosesi sentyabrın 16-dan 24-nə qədər davam edəcək.
U-18 yığmamızın hazırlıq çərçivəsində yerli klublarla 2 yoxlama görüşü keçirməsi nəzərdə tutulub.
Baş məşqçi Füzuli Məmmədov bu toplanışa 24 futbolçu dəvət edib:
- Həbib Hüşənov – Qəbələ
- Teymur Həsənov – Qarabağ
- Aftandil Arıxov – Sumqayıt
- Rafael Hüseynov – Marcet (İspaniya)
- Əkbər Məhərrəmov – Sabah
- Məsud Əlişanlı – Qarabağ
- Cavid Məlikov – Qarabağ
- Murad Mustafayev – Neftçi
- Rəşad Alışov – Qarabağ
- Seydi Danziyev – Sabah
- Ramin Əvəzov – Sabah
- İsmayıl Ələkbərov – Marcet (İspaniya)
- Babamirzə Mehdiyev – Sabah
- Elnur Cabbarlı – Sumqayıt
- Emin Feyzullayev – Sabah
- Adıgözəl Əkbərov – Araz-Naxçıvan
- Murad Məmmədov – Neftçi
- Əmir Əliyev – Sabah
- Nazim Hüseynov – Araz-Naxçıvan
- Ziya Şəkərxanov – Qəbələ
- Əliəkbər Rzazadə – Qarabağ
- Fariz Hüseynov – Səbail
- Nicat Quliyev – Turan Tovuz
- Röyal Fərzullazadə – Neftçi


