Premyer Liqa: “Sabah” “Turan Tovuz”a yenə qalib gələ bilmədi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Sabah” çempionatın lideri “Turan Tovuz”u qəbul edib.

Tovuz təmsilçisi bu mövsümə uğurlu start verib. Kurban Berdıyevin komandası bu oyundan öncə 13 xalla zirvədə qərarlaşmışdı. 5 oyuna 10 xal toplamış “Sabah” da liderlər qrupundaydı. “Bayquşlar” bu prinsipial matçda qalib gələ bilsələr, zirvəyə şərik olacaqdılar. Əks halda Tovuz klubu vahid liderliyini qorumuş olacaqdı.

“Sabah”la “Turan Tovuz” bu günə qədər 8 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə bakılılar 4, tovuzlular 3 qələbəni bayram etmişdilər. “Turan Tovuz” bütün səfərlərdə qol vurmuşdu. “Sabah” son üç ev görüşündə qalib gəlməmişdi.

Elə bu dəfə də “Sabah” Tovuz təmsilçisini yenə bilməyib. “Bayquşlar” iki dəfə Jesse Sekidikanın vurduğu qol sayəsində hesabda önə keçsə də, yekunda bu üstünlüyü əldən verib.

Premyer Liqa
6-cı tur
15 sentyabr

“Sabah” – “Turan Tovuz” 2:2
Qollar: Jesse Sekidika, 7; 46. – Roderik Miller, 35. Ayxan Hüseynov, 76.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”. 20:30.

Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybullayev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Turan Tovuz: 1. İvan Konovalov, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 22. Nahid Əliyev, 25. Denis Marandiç, 6. Araş Qaderi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Kurban Berdiyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: