Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 4-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Lans” – “Olimpik” (Lion) matçında qapılara qol vurulmayıb. “Strasburq” – “Anje” matçında da qalib müəyənləşməyib.
“Tuluza” “Havr”ı, “Renn” “Monpelye”ni quru hesabla məğlub edib. Üç qolun qeydə “Nant” – “Reyms” görüşündə isə qonaqlar qələbə qazanıblar.
Beləliklə, 4 turdan sonra Fransa çempionatında itkisiz irəliləyən yeganə komanda – PSJ 12 xalla vahir liderdir. Marsel “Olimpik”i və “Monako” isə 10 xalla 2-3-cü yerləri bölüşürlər.
Fransa, Liqa 1
4-cü tur
13 sentyabr
Sent Etyen – Lill 1:0
Qol: Kafaro, 6.
14 sentyabr
Olimpik (Marsel) – Nitsa 2:0
Qollar: Maupay, 40. L.Enrike, 53.
Oser – Monako 0:3
Qollar: Kehrer, 8. Vanderson, 25. Zakariya, 89.
PSJ – Brest 3:1
Qollar: Dembele, 42; 74. F.Ruis, 73 – Del Kastilyo, 29.
15 sentyabr
Renn – Monpelye 3:0
Qollar: Blas, 24. Kalimuendo, 35. Qronbaek, 60.
Nant – Reyms 1:2
Qol: Auqusto, 28 – Munetsi, 34. Nakamura, 90+1.
Strasburq – Anje 1:1
Qollar: Nanasi, 31 – Dienq, 62.
Tuluza – Havr 2:0
Qollar: Babiçka, 70. Qboho, 86.
Lans – Olimpik (Lion) 0:0


