Liqa 1: PSJ-ni yeni mövsümdə büdrədən tapıldı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Son çempion və lider PSJ bu turda “Reyms”in qonağı olub. Paris təmsilçisi bu görüşdə cari mövsümdəki ilk xal itkisinə üzülüb. Qarşılaşma bərabərliklə yekunlaşıb.

“Renn” və “Lans” komandalarının görüşündə də oxşar nəticə qeydə alınıb. “Lill” – “Strasburq” matçı da heç-heçə bitib. Amma bu oyunda tərəflər 1 xalı hərəyə 3 qol vurmaqla qazanıblar.

5-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
5-ci tur
20 sentyabr

Nitsa – Sent Etyen 8:0
Qollar: Batubinsika, 4-öz qapısına. Ndombele, 7. Ço, 24. Mukoko, 26; 39. Gessan, 36. Diop, 75. Rosario, 86-pen.

21 sentyabr

Lill – Strasburq 3:3
Qollar: Jeqrova, 15; 27. David, 84-pen – A.Santos, 30. Emeqa, 42. Nanasi, 66.

Renn – Lans 1:1
Qollar: Kalimuendo, 24-pen – Nzola, 90+6.

Reyms – PSJ 1:1
Qollar: Nakamura, 9 – Dembele, 68.

22 sentyabr

17:00. Monako – Havr
19:00. Anje – Nant
19:00. Brest – Tuluza
19:00. Monpelye – Oser
22:45. Olimpik (Lion) – Olimpik (Marsel)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: