“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Siti” düşərgəsindən “topçular”ın ünvanına səslənən antifutbol ittihamlarını cavablayıb.
Arena.az xatırladır ki, İngiltərə Premyer Liqasının 5-ci turunda “Mançester Siti” – “Arsenal” oyunundan (2:2) sonra “şəhərlilər”in düşərgəsi “topçular”ı antifutbolda ittiham edən müvafiq səpgili fikirlər səsləndirmişdi.
Ələlxüsus, “Mançester Siti” tərəfi azlıqda qalmış “Arsenal”ın hesabı qorumaq üçün futbol adına yaraşmayan xüsuslara əl atdığını vurğulayırdı.
“Bunların hamısı fikirlərdir, başqa bir xüsus deyil. Kim nə deyirsə desin, sözlərindən dönməyəcəklər. Biz ortada olana əsaslanacağıq. Məcbur olduq ki, oynadığımız kimi oynayaq.
Mən orada olmuşam. “Mançester Siti”də dörd il işləmişəm. Məndə bütün məlumat var. İnanın, mən də bir xüsus bilirəm”, – Mikel Arteta “Mirror” dərgisinə açıqlamasında bildirib.
5 turdan sonra “Mançester Siti” Premyer Liqanın yarış cədvəlində 13 xalla zirvədədir. “Arsenal” isə 11 xalla 4-cü pillədə qərarlaşıb.


