Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış younunda “Oser” doğma meydanda “Brest”i 3 cavabsız qolla məğlub edib.
Lider və son çempion PSJ isə bu turda “Renn” üzərində inamlı qələbəyə sevinib.
6-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
6-cı tur
27 sentyabr
Oser – Brest 3:0
Qollar: Ovusu, 26; Jubal, 37-pen. Traore, 59.
PSJ – Renn 3:1
Qollar: Barkola, 30; 68. Li Kanq, 58 – Kalimuendo, 73.
28 sentyabr
19:00. Lans – Nitsa
21:00. Havr – Lill
23:00. Monako – Monpelye
29 sentyabr
17:00. Tuluza – Olimpik (Lion)
19:00. Anje – Reyms
19:00. Nant – Sent Etyen
22:45. Strasburq – Olimpik (Marsel)


