Premyer Liqa: “Turan Tovuz” “Zirə”ni son dəqiqə qolu ilə yendi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, birinci dövrənin sonuncu turunun sonuncu oyun gününə “Turan Tovuz” – “Zirə” matçı ilə start verilib.

Tovuzda baş tutan bu görüş 6 xallıq oyun hesab olunurdu. Məsələ burasındadır ki, bu oyundan öncə eyni xala (15) malik komandalar turnir cədvəlində də qonşu idilər. Qalib gələn tərəf zirvəyə şərik olacaqdı.

Oyunun böyük hissəsi qolsuz keçib. Yalnız son dəqiqələrdə bir qol vuran “Turan Tovuz” bu oyundan qələbə ilə ayrılıb.

Premyer Liqa
9-cu tur
6 oktyabr

“Turan Tovuz” – “Zirə” 1:0
Qol: Faiq Hacıyev, 89.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
Tovuz şəhər stadionu, 17:45.

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 70. Məzahir Məmmədzadə, 80. Otto Con, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdiyev.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 22. İldar Ələkbərov 5. Stefan Akka, 10. Georgi Papunaşvili, 28. Abbas İbrahim, 18. Martins Junior, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: