Fransa çempionatının mətbuat xidməti ölkənin əsas çempionatı Liqa 1-in yenilənmiş qənimətini futbol ictimaiyyətinə təqdim edib.
Arena.az məlumat verir ki, yeni qənimət ilk dəfə olaraq cari 2024/2025-ci illər mövsümünün qalibinə təqdim ediləcək.
2006/2007-ci illər mövsümündən 2023/2024-cü illər mövsümünə qədər çempion olmuş hər bir kluba təqdim edilmiş altıbucaqlı qənimət nəhayət tərtibatını dəyişərək, “ənənəvi” kubok şəklini alıb.
Fransa Liqa 1-in cari çempionu adını PSJ daşıyır. Həmçinin Paris klubu cari mövsümün çempionluğuna da iddialıdır. Hazırda PSJ Liqa 1-in yarış cədvəlində 17 xalla 2-ci pillədə qərarlaşıb və 19 xala malik lider “Monako”nu təqib edib.
Xatırladaq ki, PSJ Fransa çempionatını ən çox qazanmış klubdur. Parislilərin 12 çempionluğu və 9 gümüş mükafatı var.


