Jalə Əliyeva: “Bu, digər qadın güləşçilərimizin də yolunu açacaq”

Albaniyada 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatının qalibi olmuş Jalə Əliyeva bu uğuruna münasibət bildirib.

Arena.az xatırladır ki, Azərbaycanın qadın güləşçisi Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş U-23 dünya çempionatında ötən gün qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan Əliyeva qələbəyə görə çox sevincli olduğunu bildirib:

“Məni dəstəkləyən və qələbə sevinən hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bundan sonra da yarışlara yüksək əzmlə hazırlaşıb, yeni tarixlər yazmağa çalışacağam. Məqsədim hər zaman Azərbaycanın şanlı bayrağını yüksəklərə qaldırmaqdır. Daha böyük yarışlarım və uğurlarım irəlidədir. İnşallah, mənim qazandığım dünya çempionluğu digər qadın güləşçilərimizin də yolunu açacaq”.

Xatırladaq ki, 57 kq çəki dərəcəsində döşək üzərinə çıxan Jalə Əliyeva finalda yaponiyalı Ruka Natamini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: