Simone İnzaqi: “Bu, iki əla komandanın qarşılaşması olacaq”

“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 9-cu turu çərçivəsində “Yuventus”la qarşıdakı ev oyunu haqda söhbət açıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz hamımız bu oyunun nə qədər vacib olduğunu, klubumuz, azarkeşlərimiz və özümüz üçün də nə demək olduğunu bilirik. Bu, mövsümün doqquzuncu oyunudur, ona görə də həlledici olmayacaq, amma yenə də bu, çox vacibdir. İndiyə qədər demək olar ki, eyni yolu keçmiş iki əla komanda bir-biri ilə qarşılaşacaq.

Biz ardıcıl beş qələbə silsiləsi ilə bu oyuna yaxşı vəziyyətdə yan alırıq. Təəssüf ki, fasiləyə qədər görüş imkanlarımızı məhdudlaşdıracaq bir neçə fəsadla qarşılaşmışıq. Sağlam futbolçularımız hazırdırlar. Mümkün olan ən yaxşı heyəti meydana çıxarmağa çalışacağam”, deyə Simone İnzaqi vurğulayıb.

Xatırladaq ki, “İnter” – “Yuventus” oyunu bu gün – oktyabrın 27-də “Cüzeppe Meatsa” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 21:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: