Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2024/25 mövsümünün qrup mərhələsinin 5-ci turunda Estoniya yığması ilə üz-üzə gəlib.
Arena.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan komandalar Qəbələ şəhər stadionunda qarşılaşıblar.
Şotlandiyalı FIFA referisi Con Bitonun idarə etdiyi oyunda qapılara qol vurulmayıb. Halbuki bu oyunda millimizə qələbə hava-su kimi lazım idi. Çünki əks halda yığmamız növbəti mövsümdə D Liqasında mübarizə aparmalı olacaqdı. Təəssüf ki, bu rəqiblə doğma meydanda da bacarmayan yığmamız böyük bir fürsəti əldən qaçırıb.
Qeyd edək ki, millimiz qrupdakı sonuncu matçını noyabrın 19-da səfərdə İsveç yığmasına qarşı keçirəcək.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
16 noyabr
Azərbaycan – Estoniya 0:0
Hakimlər: Con Biton, Daniel Makfarlan, David Makqeyçi, Mettyu Makdermid (hamısı Şotlandiya).
VAR: Andrev Dallas (Şotlandiya).
AVAR: Nikolas Valş (Şotlandiya).
Hakim-inspektor: Albano Janku (Albaniya).
UEFA nümayəndəsi: Eva Qayevska (Polşa).
Qəbələ şəhər stadionu. Saat 18:00.
Azərbaycan: 23. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 6. Ozan Can Kökçü (19. Xəyal Nəcəfov, 88), 7. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov (4. Bəhlul Mustafazadə, 5), 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov (9. Nəriman Axundzadə, 70), 20. Aleksey İsayev, 21. Abbas Hüseynov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Anton Krivotsyuk, 8. İsmayıl İbrahimli, 10. Mustafa Əhmədzadə, 14. Zamiq Əliyev, 16. Səbuhi Abdullazadə, 18. Ceyhun Nuriyev.
Baş məşqçi: Fernando Santos.
Estoniya: 12. Karl Yakob Heyn, 4. Mihael Şyonninq-Larsen, 5. Rokko Robert Şeyn (21. Martin Vetkal, 68), 8. Henri Anyer (15. Aleks Tamm, 63), 11. Kevor Palumets (2. Markus Soomets, 88), 13. Maksim Paskotsi, 16. Yoonas Tamm, 17. Martin Miller (9. Yoan Yakovlev, 63), 18. Karol Mets (k), 20. Markus Poom, 23. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Vallner, 3. Yozef Saliste, 6. Rasmus Peetson, 7. Robi Saarma, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 19. Mixael Lilander.
Baş məşqçi: Yürgen Henn.


