Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Fiorentina” – “Torino” matçında qonaqlar qalib gəliblər. “İnter” doğma meydanda “Napoli” üzərində, “Roma” isə “Atalanta” ilə görüşdə əzmkar qələbəyə seviniblər.
Qeyd edək ki, 3-cü turun qalan görüşləri sentyabrın 6-da və 7-də baş tutacaq.
İtaliya, A Seriyası
3-cü tur
4 sentyabr
Cenoa – Komo 1:4
5 sentyabr
Fiorentina – Torino 1:2
İnter – Napoli 3:2
Roma – Atalanta 2:1
6 sentyabr
17:00. Frozinone – Venesiya
17:00. Parma – Montsa
20:00. Bolonya – Sassuolo
22:45. Yuventus – Milan
7 sentyabr
20:30. Kalyari – Leççe
22:45. Udineze – Latsio


