A Seriyası: “Kalyari” evdə, “Latsio” səfərdə qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Kalyari” doğma meydanda “Leççe”yə minimal hesabla qalib gəlib. Üç qolun qeydə alındığı “Udineze” – “Latsio” matçında isə qonaqlar qalib gəliblər.

Beləliklə, geridə qalmış 3 turdan sonra “Roma”, “İnter” və “Latsio” itkisiz irəliləyirlər – 9 xal! “Komo”, “Milan” və “Yuventus” isə 7 xal toplayıblar.

İtaliya, A Seriyası
3-cü tur

4 sentyabr

Cenoa – Komo 1:4

5 sentyabr

Fiorentina – Torino 1:2
İnter – Napoli 3:2
Roma – Atalanta 2:1

6 sentyabr

Frozinone – Venesiya 3:2
Parma – Montsa 1:1
Bolonya – Sassuolo 2:2
Yuventus – Milan 1:1

7 sentyabr

Kalyari – Leççe 1:0
Udineze – Latsio 1:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: