A Seriyası: “Yuventus” və “Milan”dan heç-heçə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Frozinone” – “Venesiya” matçında meydan sahibləri qalib gəliblər. Dörd qolluq “Bolonya” – “Sassuolo” görüşündə qalib müəyyənləşməyib. “Parma” – “Montsa” və “Yuventus” – “Milan” matçlarında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Qeyd edək ki, 3-cü turun qalan görüşləri sentyabrın 7-də baş tutacaq.

İtaliya, A Seriyası
3-cü tur

4 sentyabr

Cenoa – Komo 1:4

5 sentyabr

Fiorentina – Torino 1:2
İnter – Napoli 3:2
Roma – Atalanta 2:1

6 sentyabr

Frozinone – Venesiya 3:2
Parma – Montsa 1:1
Bolonya – Sassuolo 2:2
Yuventus – Milan 1:1

7 sentyabr

20:30. Kalyari – Leççe
22:45. Udineze – Latsio

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: