Bu gün Bakı İdman Sarayında keçirilmiş oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün və 1-ci turun ilk oyununda “LANDAU Lions”la son çempion “Sabah” üz-üzə gəlib.
Qarşılaşma son çempionun qələbəsi ilə yekunlaşıb. “Bayquşlar” Bakı İdman Sarayında təşkil edilmiş qarşılaşmadan 84:74 hesablı qələbə ilə ayrılıblar.
Xatırladaq ki, ilk turun qalan oyunları 2, 3 və 4 oktyabrda baş tutacaq. NTD “Sumqayıt”la, “Ordu” “Gəncə” ilə, “Naxçıvan” da “Neftçi” ilə qarşılaşacaq.
Qeyd edək ki, ABL-nin 2026/2027-ci illər mövsümü 8 komandanın iştirakı ilə keçirilir.


