AÇ-2023: Millimiz Estoniya üzərində darmadağına sevindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində (AÇ-2023) növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız Estoniya yığması ilə qarşılaşıb.

Sumqayıtda keçirilən oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edib. Millimiz bu oyunda darmadağınla qalib gəlib. Əvvəlcə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı dubla imza atıb. Matçın sonlarında isə “Sabah”ın futbolçusu Abdulla Xaybullayev yekun nəticəni müəyyənləşdirib.

Azərbaycan millisi 7 oyundan sonra 4 xalla qrupda 5-ci pillədə qərarlaşıb. Estoniyanın isə xalı yoxdur və qrup sonuncusudur.

Qeyd edək ki, bu gün A qrupunda Xorvatiya – Avstriya oyunu da keçiriləcək.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
25 mart

Azərbaycan – Estoniya 3:0
Qol: Musa Qurbanlı, 44; 66. Abdulla Xaybullayev, 88.
Hakimlər: Devid Munro, Şon Karr, Duqlas Potter, Qrant İrvin (hamısı Şotlandiya).
Sumqayıt şəhər stadionu.

Azərbaycan: 12. Əkpər Vəliyev, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev (6. İldar Ələkbərov, 86), 17. Rüfət Abdullazadə, 19. Nihad Quliyev, 20. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 1. Rüstəm Samuqullin, 2. Zamiq Əliyev, 8. Səbuhi Abdullazadə, 14. Kamran Quliyev, 15. Abdulla Xaybulayev, 16. Pərviz Azadov, 21. İsmayıl Zülfüqarlı, 23. Emil Səfərov.
Baş məşqçi: Milan Obradoviç.
Estoniya: 1. Evert Grünvald, 2. Kristo Hussar, 3. Mairo Miil, 6. Kristian Pelt, 7. Robi Saarma (13. Nikita Mihaylov, 58), 8. Mihkel Yarviste (k), 10. Nikita Komissarov (17. Dominik Laaneots, 81), 11. Aleksandr Şapovalov (4. Grauberg Lepik, 81), 15. Artur Şarnin, 20. Mark Ander Lepik (19. Qleb Pevtsov, 58), 23. Tanel Tammik.
Ehtiyat oyunçular: 12. Kristen Lapa, 22. Karl Kaiser Kiidyarv, 5. Danil Kuraksin, 16. Danil Pankov, 21. Rasmus Kallas.
Baş məşqçi: Sander Post.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: