2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində 6-cı turun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qrup (D və J qrupları) üzrə 5 qarşılaşma baş tutacaq.
D qrupunda Xorvatiya səfərdə Ermənistanla, Uels isə Latviya ilə qarşılaşacaq.
J qrupunun favoriti Portuqaliya bu dəfə Lüksemburqla üz-üzə gələcək. Qrupun digər matçlarında İslandiya Bosniya və Herseqovinanı sınağa çəkəcəksə, Slovakiya da Lixtenşteynlə münasibətlərinə aydınlıq gətirəcək.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 6-cı tur
11 sentyabr
D qrupu
20:00. Ermənistan – Xorvatiya
22:45. Latviya – Uels
Xal: Türkiyə – 10. Xorvatiya – 7. Ermənistan – 7. Uels – 4. Latviya – 0.
J qrupu
22:45. İslandiya – Bosniya və Herseqovina
22:45. Portuqaliya – Lüksemburq
22:45. Slovakiya – Lixtenşteyn
Xal: Portuqaliya – 15. Slovakiya – 10. Lüksemburq – 10. Bosniya və Herseqovina – 6. İslandiya – 3. Lixtenşteyn – 0.


