Futbol üzrə İtaliya milli komandasının bu il Almaniyada təşkil olunacaq Avropa çempionatı (AÇ-2024) üçün yekun heyəti müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Luçano Spaletti ilkin siyahıya 30 oyunçunun adını daxil etmişdi. 26 futbolçudan ibarət yekun siyahıda Rikkardo Orsolini, İvan Provedel və Samuele Riççiyə yer verilməyib. Françesko Açerbi (“İnter”) və Corcio Skalvini (“Atalanta”) isə zədə səbəbindən yığmanın heyətindən çıxarılıblar. Onların əvəzində “Frozinone”də çıxış edən Federiko Qatti yığmaya dəvət alıb.
Beləliklə, İtaliya millisinin Avropa çempionatına yollanacaq 26 nəfərdən ibarət yekun heyətində bu futbolçular yer alıblar:
Qapıçılar: Canluici Donnarumma (PSJ, Fransa), Aleks Meret (“Napoli”), Qulyelmo Vikario (“Tottenhem”, İngiltərə);
Müdafiəçilər: Alessandro Bastoni (“İnter”), Raul Bellanova (“Torino”), Alessandro Buonjorno (“Torino”), Rikkardo Kalafiori (“Bolonya”), Andrea Kambiaso (“Yuventus”), Matteo Darmian (“İnter”), Covanni Di Lorenso (“Napoli”), Federiko Dimarko (“İnter”), Canluka Mançini (“Roma”), Federiko Qatti (“Frozinone”);
Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Brayan Kristante (“Roma”), Nikolo Facioli (“Yuventus”), Maykl Folorunso (“Verona”), Davide Frattezi (“İnter”), Jorjinyo (“Arsenal”, İngiltərə), Lorenso Pelleqrini (“Roma”);
Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El Şaaravi (“Roma”), Cakomo Raspadori (“Napoli”), Mateo Retegi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkayni (“Latsio”).
Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.
İtaliya yığması “B” qrupunda İspaniya, Xorvatiya və Albaniya yığmaları ilə mübarizə aparacaq.


