AÇ-2026: Millimiz Niderlanda uduzsa da, 1/8 finalda!

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) C qrupunda növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv sonuncu turda Niderland milli komandası ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

Qeyd edək ki, C qrupunun oyunları Azərbaycanda keçirilib. Bakıdakı oyunlar Milli Gimnastika Arenasında təşkil olunub. Yığmamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparıb.

Azərbaycan millisi turnirdəki ilk görüşündə Portuqaliya yığmasına 3:1, ikinci turda İspaniyaya 3:0, üçüncü turda Rumıniyaya 3:2 hesabıyla qalib gəlib. Ötən turda isə komandamız Belçikaya 0:3 hesabıyla uduzmuşdu.

Beləliklə, Bakıdakı oyunlardan sonra C qrupunda yer alan komandaların turnir cədvəlindəki vəziyyəti belə formalaşıb:

  1. Belçika – 13 xal
  2. Niderland – 12 xal
  3. Azərbaycan – 8 xal
  4. Portuqaliya – 5 xal
  5. Rumıniya – 4 xal
  6. İspaniya – 1 xal

Azərbaycan millisi də daxil olmaqla ilk dördlükdə yer almış komandalar AÇ-2026-nın 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Milli komandamız AÇ-də bu heyətlə mübarizə aparıb:

Heyət: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova, Kristina Besman, Raziyə Əliyeva, Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.
Baş məşqçi: Faiq Qarayev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: