Adil Nağıyev “Səbail”dən ayrıldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”in mərkəz müdafiəçisi Adil Nağıyev paytaxt klubundan ayrılıb.

Arena.az xəbər verir ki, o, bununla bağlı “İnstaqram” hesabında paylaşım edib.

28 yaşlı futbolçu “dənizçilər”lə belə vidalaşıb: “5 il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər. Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə”.

Xatırladaq ki, Adil Nağıyev 2019-cu ilin yayından “Səbail”də çıxış edirdi. O, paytaxt təmsilçisinin heyətində 110 oyuna çıxıb, 3 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Nağıyev karyerası ərzində “Zirə”, “Şamaxı”, “Sumqayıt” və AZAL-da da forma geyinib. Müdafiəçi Azərbaycanın U-16, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: