Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Birinci Liqasının son oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, iclasda Birinci Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir”in 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.
“Şəfa” – MOİK oyununda MOİK-də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.
“Şəfa” – MOİK oyununun 38-ci dəqiqəsində MOİK-in futbolçusu Hüseyn Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb. “Hərbçilər” buna görə 150 manat cərimə ödəyəcəklər.


