Bu gün AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunan Fernando Santos ilə görüşüb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşdə milli komandanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib. Söhbət zamanı, həmçinin Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Fernando Santos 3+1 illik müqaviləyə imza atıb. Onun qarşısına Azərbaycan millisini AÇ-2028-ə çıxarmaq hədəfi qoyulub.





