“Alaves” daha iki futbolçu transfer etdi

İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Nyukasl” klubunun müdafiəçisi Florian Lejen ilə “Portu”nun yarımmüdafiəçisi Mamadu Lumu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mamadu Lum Portuqaliya klubundan 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. Seneqal yığmasının da üzvü olan 24 yaşlı futbolçu 2019-cu ildən “Portu”da çıxış edir. O, daha öncə ölkəsində “Uakam”, Portuqaliyada “Braqa” və “Moreyrense” kimi klubların da formasını geyinib.

Florian Lejen isə “Nyukasl”dan birdəfəlik transfer edilib. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Fransız futbolçu ötən mövsümü də “Alaves”də icarədə keçirmişdi. O, daha öncə İspaniyada “Eybar”, “Jirona”, “Vilyarreal” klublarında forma geyinib.

“Alaves” İspaniya La Liqasının yeni mövsümünün açılış turunda Madrid “Real”ı ilə qarşılaşacaq. Bu qarşılaşma avqustun 15-də keçiriləcək.