Aleksandr Çeferin: “İtaliyada futbol infrastrukturu çox zəifdir”

UEFA prezidenti Aleksandr Çeferin İtaliya futbol infrastrukturunun vəziyyətini şərh edib, fəsadların çözüləcəyinə ümidini vurğulayıb.

Arena.az “Football Italia” dərgisinə istinadən Çeferinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“İtaliyada infrastruktur, futbolun səviyyəsi və ölkənin sahəsi ilə müqayisədə çox zəifdir. Əlbəttə, mən nikbin köklənmişəm, amma hesab edirəm ki, hökumət nəhayət infrastruktura sərmayə qoymağa başlamalıdır. Əgər ölkəniz futbola və ümumiyyətlə idmana bu qədər həvəslidirsə, prinsipcə, daha çox iş görməlidir. Hələlik biz sadəcə hər şeyin yaxşı olacağına ümid edirik”, – deyə Aleksandr Çeferin vurğulayıb.

Bundan əvvəl 2032-ci il futbol üzrə Avropa çempionatına İtaliya və Türkiyənin ev sahibliyi edəcəyi məlum olub.

Əlavə edək ki, İtaliya və Türkiyənin müraciəti turnirə ev sahibliyi etmək iddiasında olan yeganə müraciət olub. Bundan əvvəl UEFA Rusiyanın növbəti Avropa çempionatına ev sahibliyi etmək istəyini Rusiyanın Ukraynaya qanunsuz hərbi müdaxiləsi səbəbilə etibarsız elan edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: