Alessandro Buoncorno “Torino”nu “Napoli”yə dəyişdi

Futbol üzrə İtaliya millisinin və “Torino”nun mərkəz müdafiəçisi Alessandro Buoncorno bundan sonra “Napoli”də çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Napoli” bu transfer üçün Turin təmsilçisinə 35 milyon avro ödəyib. 25 yaşlı müdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Alessandro Buoncorno “Torino”nun öz yetirməsidir. O, bir müddət “Karpi” və “Trapani”də icarədə də oynayıb. Ötən mövsüm 29 matçda 3 qol vurmuş müdafiəçi Turin təmsilçisinin heyətində bütövlükdə 109 matça çıxıb. O, bu oyunlarda 4 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında da oynamış Buoncorno ötən il əsas millidə debüt edib. Müdafiəçi İtaliya yığmasında cəmi 4 matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: