Qadınlardan ibarət İsveçrə yığmasının və “Aston Villa”nın futbolçusu Alişa Lemann məşhur şəxsdən aldığı intim təklif barədə danışıb.
Arena.az xəbər verir ki, Lemann bu barədə Şirin Devidin “YouTube” kanalına müsahibəsində məlumat verib:
“Mən ən çox sevdiyim yer Mayamidə idim və bir klubda dostlarımla görüşürdüm. Mobil telefonuma ismarış gəldi, cavab vermədim – amma həmin şəxs məni qoruyan mühafizəçiyə ismarış göndərdi. İsmarış çox məşhur bir şəxsdən gəlmişdi. Daha əvvəl bir tədbirdə tanış olmuşduq.
Mühafizəçiyə göndərilən ismarışda deyilirdi: “Mən Alişaya onunla bir gecə keçirmək üçün 104 min avro ödəyəcəyəm”. Amma mən cavab verdim: “Əsla yox. Və cəmi 104 min avro?”, deyə Alişa bildirib.
24 yaşlı Alişa Lemann sosial şəbəkələrdə ən çox izləyicisi olan qadın futbolçudur. Alişanın 15,5 milyon abunəçisi var.
Alişa 2021-ci ildən “Aston Villa”nın formasını geyinir. O, daha öncə İngiltərə “Vest Hem” və “Everton” klublarının da uğurları üçün çalışıb. İsveçrəli hücumçu ölkəsinin milli komandasının heyətində 44 oyuna çıxıb, 7 qola imza atıb.







/i.s3.glbimg.com/v1/AUTH_51f0194726ca4cae994c33379977582d/internal_photos/bs/2023/9/5/sXSdMKRialAdzAPN1AFQ/photo-shared-by-alisha-lehmann-on-june-23-2023-tagging-mjjonesofficial.-may-be-an-image-of-1-person-blonde-hair-makeup-and-leather..jpg)
/i.s3.glbimg.com/v1/AUTH_51f0194726ca4cae994c33379977582d/internal_photos/bs/2023/I/A/gdICchSEWMjk3TVLpwrg/jpg.jpg)






)
)
)



