“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “byankoneri”nin İtaliya A Seriyası 18-ci turunda “Roma” üzərində qələbəsini (1:0) şərh edib.
Arena.az DAZN dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bu, yaxşı oyun idi, “Roma”ya qarşı oynamaq həmişə çətin olur, xüsusən də onun skamyasında Joze Mourinyo oturanda.
Birinci hissədə Paulo Dibalanın cərimə meydançamıza bir neçə ötürməsindən sonra qapımıza təhdidlər oldu, amma biz etibarlı oynamağa davam etdik. Fasilədən sonra qol vurduq və bunu yenidən edə bilərdik.
Bu, xüsusilə də arxamızdakı komandalardan uzaqlaşmağa davam etdiyimiz üçün vacib bir qələbədir. Yanvarın 7-si gələndə ilk dövrədən sonra fərqimizin necə olacağını görəcəyik.
Hazırda yaxşı fiziki formadayıq, son üç gündə yaxşı məşq etdik və bu gün təsirli kombinasiyalarımız oldu. Çox tez-tez topu itirirdik, bunun üzərində işləmək lazımdır, xüsusən də çəpəki ötürmələrdə və müdafiədən çıxmaqda.
Ən yaxşısı odur ki, komandamız hesabda önə çıxdıqdan dərhal sonra qol buraxmaqdan qorxurdu. Qol buraxmaqdan qorxduğunuz zaman daha çox diqqətlə müdafiə olunursunuz. 45 xal toplamış “İnter” bizdən 2 xal öndədir və əla mövsüm keçirir. Fərqli yolumuz olduğunu anlayaraq ona yaxın olmağa çalışırıq.
Sadəcə komandaların orta yaşına baxın: bizdə yeni başlayan çoxlu gənc futbolçu var. Başqalarına baxmadan, gördüyümüz işdən razıyıq.
Biz vacib nəticə əldə etdik, çünki “Roma” və digərləri ilə aramızda fərqi artırdıq və Çempionlar Liqasında iştirakımıza riyazi zəmanət verməyə yaxınlaşdıq”, deyə Alleqri bildirib.
Qələbə sayəsində “Yuventus” daha öncə “Cenoa” ilə oyunda (1:1) 2 vacib xal itirmiş lider “İnter”ə daha da yaxınlaşıb. “Qoca sinyora” 43 xalla 2-ci pillədədir və “neradzurri”ni təqib etməkdə davam edir. “Roma” isə 28 xalla 7-ci pillədə qərarlaşıb. Çempionata 45 xalla “İnter” başçılıq edir.


